525.Az

“Banklar mövcud təhlükəsizlik tədbirlərini yenidən qiymətləndirməlidirlər” - Rəy


 

“Banklar mövcud təhlükəsizlik tədbirlərini yenidən qiymətləndirməlidirlər” - <b style="color:red"> Rəy</b>

“Mərkəzi Bankdan bildirilib ki, dövriyyəyə daxil edilməyən və “yastıq altında” saxlanılan vəsaitlərin həcmi kifayət qədər böyükdür. Belə olduqda isə likvidlik azalır, pulun dövretmə sürəti zəifləyir və bu, iqtisadi aktivliyə mənfi təsir göstərir. Məhz buna görə düşünürəm ki, banklar mövcud təhlükəsizlik tədbirlərini yenidən qiymətləndirməli və daha effektiv mexanizmlər tətbiq etməlidirlər”.

İqtisadçı-ekspert Günay Hüseynova bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, əgər şəxs ona məxsus məxfi məlumatları üçüncü tərəfə ötürürsə, heç bir kibertəhlükəsizlik mexanizmi dələduzluğun qarşısını tam şəkildə ala bilməz:

“Əgər vətəndaşın başqa alternativi yoxdursa və öz yığımının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək imkanına malik deyilsə, banklar yenə də müəyyən mənada alternativ seçim olaraq qalır”.

Sevinc Qarayeva 

 





01.07.2026    çap et  çap et