Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Rusiyanın TRIPP layihəsində iştirakının yalnız fayda gətirəcəyi ilə bağlı qarşı tərəfin açıqlamalarına münasibət bildirib.
525.az xəbər verir ki, Safaryan hazırda TRIPP-in Ermənistan-ABŞ formatında həyata keçirildiyini deyib. Əlavə edib ki, saziş imzalanıb və layihə icra mərhələsindədir.
"Mən hazırda gələcək barədə heç nə demək istəməzdim. Rusiyanın TRIPP-də iştirakı hazırda müzakirə olunmur, bu, gündəmdə deyil”, - erməni rəmi söyləyib.
O bildirib i, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və tranzit qaydaları Aİİ-nin normalarına uyğundur.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu yaxınlarda bildirb ki, TRIPP layihəsində Moskvanın iştirakı yalnız fayda verə bilər.
Pərvanə Sultanova
çap et