525.Az

SOCAR-ın idarəsi 5 ayda qeyri-neft ixracından 85 milyon dollara yaxın gəlir əldə edib


 

SOCAR-ın idarəsi 5 ayda qeyri-neft ixracından 85 milyon dollara yaxın gəlir əldə edib<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 84,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

525.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında bildirilir.

Bildirilir ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 99,3 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.

 





01.07.2026    çap et  çap et