525.Az

Nemtsovun qətlinin sifarişçiləri olmayıb


 

Nemtsovun qətlinin sifarişçiləri olmayıb<b style="color:red"></b>

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin sifarişçiləri olmayıb.

APA-nın məlumatına görə, bu barədə “Rosbalt” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
 
İlkin versiyaya əsasən,  cinayəti “Şimal” xüsusi batalyonunun keçmiş döyüşçüləri Zaur Dadayev və Beslan Şavanov birgə planlaşdıraraq həyata keçiriblər.
 
“İşdə olan dəlil-sübutlara, şahidlərin və əsas müttəhimin ifadəsinə əsasən  belə nəticəyə gəlmək olar ki, qətl Dadayev və Şavanovun şəxsi təşəbbüsü ilə törədilib”, deyə mənbə bildirib.
 
Xatırladaq ki, Zaur Dadayev martın 6-da İnquşetiya ərazisində yaxalanıb. Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə Z. Dadayev barəsində həbs qətimkan tədbiri seçilib. Beslan Şavanov isə Çeçenistanda saxlanılarkən həlak olub.

 





10.03.2015    çap et  çap et