525.Az

"Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti


 

"Bunu sərt qərar kimi qəbul etmək olmaz" - <b style="color:red"> Təhsil eksperti</b>

"Qaydaya görə, şagirdlər yalnız 45 dəqiqəlik tədris müddətində telefondan istifadə edə bilməyəcəklər. Cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə, sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Yəni, mobil və elektron cihazlardan yalnız zəruri hallarda istifadəyə icazə veriləcək. Ona görə də yeni qərarı sərt qərar kimi qəbul etmək olmaz".

Təhsil ekspert Məzahir Məmmədli bu fikri 525.az-a deyib.

Onun sözlərinə görə, təhsili inkişaf etmiş ölkələrin bu məsələ ilə bağlı atdığı addımlar nəticə verdiyinə görə, ölkəmiz də rəsmi olaraq nazirlik səviyyəsində bu cür qərar qəbul etdi:

“Son 1 ildə ümumitəhsil müəssisələrində pedaqoji şuralar tədris müddətində telefon və planşetdən istifadə edilməsinin qadağan olunması barədə qərar vermişdilər. Yəni, hər məktəb özünəməxsus standart tətbiq etmişdi. Bəzi məktəblərdə siniflərdə telefonlar şagirdlərdən alınırdı, bəzilərində məktəbə telefonla girişə icazə yox idi. Əsas məqsəd şagirdlərin diqqətinin dərsə yönəldilməsi və tədris prosesinin daha səmərəli təşkilidir".

Sevinc Qarayeva 

 





01.07.2026    çap et  çap et