525.Az

"Yay aylarında onların tez xarab olma riski daha yüksəkdir" - Mütəxəssis


 

"Yay aylarında onların tez xarab olma riski daha yüksəkdir" - <b style="color:red"> Mütəxəssis</b>

“İsti havalarda ət və süd məhsulları kimi zülal tərkibli qidalar daha yüksək risk qrupuna aid edilir və qida zəhərlənmələrinin əsas mənbəyi our. Bu məhsullar mütləq soyuducu şəraitdə saxlanılmalı, donu açıldıqdan sonra yenidən dondurulmamalı və birdəfəlik istifadə üçün hazırlanmalıdır. Bu bişirilən qidalara da aiddir”.

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bunu 525.az-a deyib.

Mütəxəssis bildirib ki, yeməklərin təkrar qızdırılması və uzun müddət otaq temperaturunda saxlanılması mikrobioloji çirklənmə riskini artırır və bu da zəhərlənməyə səbəb ola bilər. Xüsusilə mayonezli, xamalı və müxtəlif əlavələrlə hazırlanan salatlar daha həssas qida kateqoriyasına daxildir. Belə məhsullar hazırlandıqdan dərhal sonra soyuducuda saxlanılmalı, uzun müddət açıq havada saxlanılmamalıdır.

Mütəxəssis qeyd edib ki, mağazalardan alınan yarımfabrikat məhsullar ət və xəmir məmulatları da diqqət tələb edir. Bu tip qidaların tərkibində rəf ömrünü uzatmaq üçün əlavə maddələr olsa da, yay aylarında onların tez xarab olma riski daha yüksək olur və həzm sistemi pozuntularına, immun sistemin zəifləməsinə səbəb ola bilər. 

Sevinc Qarayeva 

 





01.07.2026    çap et  çap et