Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində vətəndaşları qəbul edib.
525.az-a bu barədə Komitədən məlumat verilib.
Qeyd edilib ki, Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Şuşa rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Şuşa şəhəri, həmçinin Ağdam və Bərdə rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə, ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
çap et