525.Az

Azərbaycan animasiyası Fransada təmsil olunub


 

Azərbaycan animasiyası Fransada təmsil olunub<b style="color:red"></b>

Azərbaycan animasiyası Fransanın Ansi şəhərində keçirilən Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində təmsil olunub.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Animasiya Assosiasiyasının sədri, “ANİMAFİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev və Assosiasiyanın üzvləri Nəzrin Axundova, Mehriban Əliyeva və Emil Şiran iştirak ediblər.

Animasiya peşəkarlarının səfəri Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə reallaşıb.

 

 





01.07.2026    çap et  çap et