525.Az

Yaz depressiyasından qorunmaq üçün nələrə diqqət edilməlidir?


 

Yaz depressiyasından qorunmaq üçün nələrə diqqət edilməlidir?<b style="color:red"></b> Fəsil dəyişikliyinin insan orqanizminə, xüsusilə psixologiyasına təsirlərini bilməyimiz  vacibdir. Hazırda yazın gəlişini səbirsizliklə gözləyirik, amma mövsüm dəyişikliyi zamanı bəzi insanlarda depressiv hallar müşahidə olunur.
 
"Yatmaq istəyirəm!", "Yuxudan durmaq səhərlər mənə əziyyət verir!","Halım yoxdur!", "Hər tərəfim ağrıyır", "İşə getmək istəmirəm!", "Bezdim hər şeydən!” 
 
Bu kimi ifadələri insanların dilindən əsasən  mövsüm dəyişikliyi vaxtı eşidirik. Əgər insanlarda belə hallar müşahidə olunursa, depressiyaya düşmək ehtimalı qaçılmazdır.
 
Psixoloq Təhminə Çələbi APA TV-yə deyib ki, mövsüm dəyişikliyinə insanda adaptasiya prosesi gedir. Bəzi insanlarda bu proses qısa, bəzilərində uzun olur: "Uzun müddətli adaptasiya insanda stress, əsəb, müxtəlif baş ağrıları yaradır. Bu baxımdan insanlar mövsüm dəyişikliyi olduğu zaman müəyyən stresslərlə qarşılaşa bilir. Uzunmüddətli olduğu zaman artıq depressiyaya çevrilir".
 
Bəzən insanlar psixoloji olaraq, əhvallarının korlanacağına inanırlar: "Təbii ki, neqativ düşündüyümüz zaman həyatımızda da bunların hamısı baş verə bilər".
 
Həkim-terapevt Ədalət Abdullayev isə bildirib ki, iqlimin dəyişməsi əsasən atmosfer təzyiqinin, rütubətin dəyişilməsi, küləklərin, maqnit burulğanlarının əmələ gəlməsi ilə müşahidə olunur. Bunun da insanın sağlamlığına mənfi təsiri var. Daha çox təsir xroniki xəstəlikləri olan insanlarda müşahidə olunur: "Məsələn revmatizm, mədə yaraları və s. kəskinləşir. Nə cür bu atmosfer iqlim dəyişikləri insana təsir edə bilər".
 
Həkim bildirib ki, şəkərli diabeti olan xəstələr daha çox diqqət etməlidir: Onun sözlərinə görə, xəstəliklərin qarşısını almaq və immun sistemini gücləndirmək üçün daha çox təmiz havada gəzmək, fiziki işlə məşğul olmaq, qida rasionunda meyvə-tərəvəz, süd və ət məhsullarına üstünlük verilməlidir.
 





10.03.2015    çap et  çap et