525.Az

"Simpsonlar"ın müəlliflərindən biri dünyasını dəyişdi


 

"Simpsonlar"ın müəlliflərindən biri dünyasını dəyişdi<b style="color:red"></b>

Məşhur “Simpsonlar” cizgi filminin yaradıcılarından olan amerikalı prodüser-ssenarist Sem Saymon dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən müəllif 59 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, Sem Saymon Stenford Universitetinin məzunu olub. O, “Simpsonlar” multiserialı, “Taxi”,”Cheers”, “The Tracey Ullman Show”, “The George Carlin Show”, “The Drew Carey Show” kimi tele-layihələrin əsas müəllifləri sırasında yer alıb.

1984-1991-ci illərdə aktrisa Cennifer Tilli ilə ailəli olub. 9 dəfə “Emmi” mükafatına layiq görülüb.

 





10.03.2015    çap et  çap et