Belçikanın Antverpen şəhərində 10 mərtəbəli yaşayış binasında yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 6 nəfər həlak olub, 200-dən çox insan təxliyə edilib.
Antverpen polis sözçüsü Kim Bastiaens Flamand VRT televiziyasına açıqlamasında yanğında 6 nəfərin öldüyünü təsdiqləyib.
Bastiaens yanğının binanın birinci mərtəbəsində başladığını, lakin səbəbin hələ müəyyən edilmədiyini vurğulayıb.
İbrahim Cəfərov
çap et