İranın Sistan-Bəluçistan əyalətində polis məmuruna silahlı hücum olub.
525.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məluma yayıb.
Qeyd olunub ki, polis məmuru evindən işə gedərkən silahlı qrup tərəfindən hücuma məruz qaldı. O, hücum zamanı həlak olub.
Bu, İranda son iki gündə üçüncü silahlı hücumdur.
Dünən Kirmanşah əyalətinin Pave şəhərində təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumda İnqilab Keşikçiləri Korpusunun iki üzvü öldürülüb.
Həmçinin Saravan şəhərində mülki avtomobilə edilən hücumda iki nəfər həyatını itirib.
İbrahim Cəfərov
çap et