525.Az

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini keçdi


 

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini keçdi<b style="color:red"></b>

İyunun 24-də Venesuelada baş vermiş ardıcıl 2 güclü zəlzələ nəticəsində 2295 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriges bildirib.

Dünən axşama olan məlumata görə, yaralıların da sayında artım qeydə alınıb - 11267 nəfər. Spikerin sözlərinə görə, 12841 nəfər evsiz-eşiksiz qalıb.

Zəlzələ ümumilikdə 26403 insana psixoloji və Maddi ziyan vurub.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki ardıcıl zəlzələ ciddi dağıntılara səbəb olub.

L.Tağıyeva

 





02.07.2026    çap et  çap et