Qlobal fond bazarlarında satış dalğası güclənib.
525.az xəbər verir ki, qlobal fond bazarlarında sutkalıq ticarət əsasən mənfi dinamika ilə başa çatıb.
ABŞ bazarlarında Dow Jones indeksi 0,03% azalaraq 52 305,24 bəndə, S&P 500 0,22% enərək 7 483,23 bəndə, Nasdaq Composite isə 0,66% geriləyərək 26 040,03 bəndə düşüb.
NYSE Composite 0,41% azalıb. Yalnız Kanadanın S&P/TSX Composite indeksi 0,10% artım göstərib.
Avropa bazarlarında da mənfi əhval-ruhiyyə üstünlük təşkil edib. Euro Stoxx 50 0,72%, FTSE 100 0,18%, CAC 40 0,79%, IBEX 35 isə 0,34% ucuzlaşıb. Almaniyanın DAX indeksi isə 0,18% artımla müsbət zonada qalıb.
Asiya-Sakit okean regionunda Nikkei 225 1,84% və CSI 300 1,85% geriləyib. Bununla yanaşı, Hang Seng 1,19%, TOPIX 0,56%, MSCI Asia Pacific isə 0,02% yüksəlib. Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,11% azalıb.
çap et