525.Az

Mətbuat tariximizin öyrənilməmiş səhifəsi: Rəsulzadənin mühüm bir töhfəsi haqqında


 

Mətbuat tariximizin öyrənilməmiş səhifəsi: Rəsulzadənin mühüm bir töhfəsi haqqında<b style="color:red"></b>

Sabir MƏMMƏDLİ
fəlsəfə doktoru

Müstəqillik, azadlıq demokratiya uğrunda mübarizə həmişə milli mətbuat orqanlarının nəşri yayımı ilə sıx bağlı olub. Məhəmməd Əmin Rəsulzadə siyasi proseslərə rəhbərlik edərkən qəzet səhifələrində ictimai konseptual xarakterli məqalələrlə çıxış etməyə böyük önəm verib. O, “Hümmət”, “Həyat”, “Təkamül”, “İrşad”, “İqbal bir çox başqa qəzetlərdə əməkdaşlıq edib. Onun hər bir məqaləsi böyük  əks-səda doğurub, geniş müzakirələrə səbəb olub. Siyasi hadisələrin inkişafı, partiyanın qarşısında duran vəzifələr M.Ə.Rəsulzadəni ayrıca, müstəqil qəzet nəşr etməyə sövq edib. Bu məqsədlə o, “Açıq sözqəzetini nəşr etməyə başlayıb.

1917-ci ilin əvvəllərindən başlayaraq Müsavat Partiyası öz fəaliyyətində yeni mərhələyə qədəm qoymuşdu. Çünki həmin dövrdə öz tarixi buxovlarından azad ola bilməyən Rus imperiyası Birinci Dünya müharibəsinin ağırlığına tab gətirə bilmir, böhran içində çabalayırdı. Xalqın narazılığı imperiyanın paytaxtında Fevral inqilabı ilə nəticələnmişdi. Yeni siyasi şəraitdə müstəmləkə istibdad altında olan xalqlar üçün tarixi şans yaranmışdı. Mövcud vəziyyəti düzgün qiymətləndirərək M.Ə.Rəsulzadə xalqımız üçün  əvvəllər əsas götürdüyü milli-mədəni muxtariyyət ideyasını inkişaf etdirərək öz hökuməti tərəfindən idarə olunan milli dövlətin yaradılmasının vacibliyini mərkəzi dövlətlə federasiya prinsipi əsasında birləşməsini gündəmə gətirmişdi. Bu məqsədə nail olmaq üçün Müsavat Partiyası öz ətrafında bütün milli vətənpərvər qüvvələri birləşdirməyə çalışırdı. 1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayından sonra Azərbaycanda söz sahibi olan Müsavat Partiyası böyük nüfuza malik olan, əsasən Gəncədə fəaliyyət göstərən Türk Ədəmi-Mərkəziyyət Partiyası birləşməyə müvəffəq olmuşlar. Birləşmiş siyasi təşkilat, onun liderləriM.Ə.Rəsulzadə N.Yusifbəyli bütün varlıqlarını milli dövlətin yaradılması ideyasına tabe etmişlər. Siyasi hadisələr burulğanında Azərbaycan əhalisini düzgün istiqamətləndirmək, baş verən faktları hərtərəfli təhlil edib insanlara çatdırmaq, milli dövlət ideyasını xalq arasında yaymaq onun ətrafında bütün qüvvələri birləşdirmək M.Ə.Rəsulzadə üçün başlıca vəzifə idi. Mətbuat orqanı olmadan bu vəzifənin öhdəsindən gəlmək son dərəcə mürəkkəb məsələ idi. Bu məqsədlə M.Ə.Rəsulzadə yeni bir mətbuat orqanı nəşr etməyə başlamışdır. Yeni yaradılmış mətbu orqanMüsavatqəzeti idi.

Təəssüflər olsun ki, “Müsavatqəzetinin nəşri tarixi fəaliyyəti indiyədək işıqlandırılmayıb. Çünki qəzetin nüsxələri arxiv fondlarında tarixçi alimlərimizə rast gəlməmişdir. Arxiv materiallarının araşdırılması zamanı bizə qəzetin yalnız birinci sayını əldə etmək müyəssər olmuşdur. “Müsavatqəzetinin birinci sayı 10 sentyabr 1917-ci ildə işıq üzü görmüşdür. Dörd səhifəlik qəzet A3 formatında nəşr olunmuşdur. “Müsavatqəzetinin başlığındaTürk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”, “İnsanlara hürriyyət, Millətlərə müsavat!” “Yaşasın Cümhuriyyəti Ənam, Var olsun milli-məhəlli muxtariyyət!” sözləri yazılmışdır. Səhifənin yuxarı hissəsində qeyd olunurdu ki, qəzetin redaksiyasıİsmailiyyəbinasında yerləşir, ilk vaxtlar həftədə bir dəfə nəşr olunacaq.  İllik abunə haqqı – 7 manat,  satışda bir nüsxəsi – 10 qəpik nəzərdə tutulmuşdur. Birinci səhifənin sağ hissəsində qəzetin abunə dəftərinin açılması haqqında məlumat verilmişdir. Qeyd olunurdu ki, “Müsavatqəzetinə firqənin büro idarəsində, “Açıq sözidarəsində, Ramana, Keşlə, Əmircan, Binəqədi Müsavat şöbələrində abunə yazılmaq olar. Sonra isə oxuculara müraciət olunurdu: “Yoldaşlar tərəfdaşlar qəzetimizin nəşri Sizin himayənizdən asılıdır! Abunə yazılınız xalq arasında geniş bir şəkildə intişarına nail olunuz!”

Qəzetin birinci səhifəsində M.Ə.RəsulzadəninAvazi Müsavatbaşlıqlı geniş yazısı dərc olunmuşdur. Məqalədə böyük öndər o dövrün ictimai-siyasi proseslərini təhlil edir, Birinci Dünya müharibəsinin millətlər üçün yaratdığı böyük fəsadlardan söz açır bəşəriyyətin böyük bir təmir olunmaq fədakarlığında bulunduğunuvurğulayırdı. O, qeyd edirdi ki, yaranmış vəziyyətdə Azərbaycanın siyasi, milli qüvvələri qarşısında yeni vəzifələr durur onların həyata keçirilməsi son dərəcədə vacibdir.  Məhzbelə bir zamanda mətbuatın həm müəyyən bir firqə qəzetəsinin yaranmasından daha ağır ondan daha məsuliyyətli bir vəzifə təsəvvür olunmaz. İşdi belə bir məsuliyyətli zamandaMüsavatmeydana giriyor inqilab qəzetələri ilə hamavar olur. Hürriyyət milliyyət... qüvvət gəldi insanlara hürriyyət, millətlərə müsavat deyir”.

Həmin səhifədə redaksiya heyəti adındanYürüdüyümüz yolbaşlıqlı nəzəri məqalə çap olunmuşdur. Yanaşma tərzinə dil üslubuna diqqət yetirdikdə əminliklə qeyd etmək olur ki, bu yazı da M.Ə.Rəsulzadə tərəfindən hazırlanıb.

Müsavatqəzeti həmin günlərdə Bakıda keçirilmiş partiya tədbiri haqqında  geniş məlumat verir M.Ə.Rəsulzadənin məruzəsi əsasında qəbul olunan qətnamənin əsas müddəalarını oxuculara çatdırırdı. “Firqəmiz irtıcabaşlıqı ilə verilən bu material qarşıdan gələn Müsavat Partiyasının birinci qurultayında müzakirəyə çıxarılacaq məsələləri əks etdirirdi: “1. Proqram (üsuli-idarə, torpaq məsələsi, fəhlə məsələsi, maarif məsələsi s.), 2. Firqə təşkilatları, 3. Tərzi hərəkat əsasları (hansı siniflərə istinad etmək, mövcud siyasi cərəyanlara münasibət, millətlərlə əlaqələr, əhvalı hazırlıq, müvəqqəti hökumətə münasibət, əsgər fəhlə şuraları, milli-müsəlman təşkilatları, müəssisən məclisinə seçkilər s.)”. Xüsusi olaraq vurğulanırdı ki, yerli şöbələr tərəfindən istənilən məsələ müzakirəyə çıxarıla bilər məruzə ilə çıxış etmək hər bir nümayəndənin haqqıdır”. 

Bu məqalələrlə yanaşıMüsavatqəzetinin birinci sayındaSosial-demokratizm federalizm”, “Bizim istədiyimiz başqa maraqlı nəzəri yazılar verilmişdir. Qəzetin dördüncü səhifəsində Müsavat Partiyasının yerli şöbələri haqqında maraqlı xəbərlər yer almışdır. Qeyd olunurdu ki, Türkmənistanda partiyanın şöbəsi açılıb, DaşkənddəTuran cəmiyyəti Türk Ədəmi Mərkəziyyət firqəsi ilə birləşib işləməkdədir”, artıq Müsavatın Daşkənd komitəsi Türkistanda çalışan şəhər nümayəndələrini özündə birləşdirib fəaliyyət göstərir. Bakıda firqənin Əmircan, Ramana şöbələri yaranmışdır. Qubada, Dəvəçidə partiyanın yerli şöbələri vardır. Vurğulanırdı ki, artıq Binəqədi, Keşlə kəndlərində, uzaq  Petrovskda  Müsavatın yerli təşkilatları fəaliyyət göstərir. “Qubada: Əmsar, Nüqədi, Rüstun, Buduq, İmanqulu kəndlərində şöbələr düzəldilmək üzrədir. Dəvəçiyə tabe olan Sədan..., Qaradağlı kəndlərində şöbələr təşkil olunub”.

Materialların təhlili onu göstərir ki, “Müsavatqəzeti həmin dövrün nəbz döyüntülərini çox dəqiqliklə ifadə edir. O, başqa mətbuat orqanları ilə yanaşı istiqlal uğrunda mübarizənin həm kollektiv yaddaşı, həm canlı salnaməsidir. 1917-ci ildə nəşr olunanMüsavatqəzetinin fəaliyyəti onun naşiri M.Ə.Rəsulzadənin tarixi irsi bu gündə bizdən ardıcıl prinsipial olmağı xüsusi olaraq tələb edir.

 





02.12.2012    çap et  çap et