525.Az

“Təchizat zəncirində yaranan istənilən fasilə qlobal təklifi məhdudlaşdırır” - İqtisadçı


 

“Təchizat zəncirində yaranan istənilən fasilə qlobal təklifi məhdudlaşdırır” - <b style="color:red">İqtisadçı </b>

“Mis qlobal sənayedə ən çox tələb olunan və iqtisadiyyatın nəbzini təyin edən əsas xammallardan biridir. Son günlər onun qiymətinin bir ton üçün 14 min dolları keçərək tarixi zirvəyə yaxınlaşması bütün dünyada ciddi narahatlıq yaradıb:. Kəskin bahalaşma və təchizat əlaqələrin qırılması zəncirvari reaksiya ilə bir çox məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Söhbət elektrotexnika və elektronika, məişət texnikası, avtomobil sənayesi, yüksək texnologiyalar və tikinti sektoru kimi həyati əhəmiyyətli sahələrdə istehsalın ləngiməsi, yekun olaraq istehlak qiymətlərinin qalxacağı ehtimalından gedir”.

Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a bildirib. Ekspert bildirib ki, mis ilə bağlı yaranmış bu böhranın tezliklə aradan qalxması üçün ilk növbədə geosiyasi gərginliklər zəifləməlidir:

“Xüsusilə Yaxın Şərqdə, İran ətrafındakı müharibə riski və qlobal dəniz ticarətinin şah damarı sayılan Hörmüz boğazındakı blokada təhlükəsi aradan götürülməlidir. Təchizat zəncirində yaranan istənilən fasilə qlobal təklifi məhdudlaşdırır”.

Sevinc Qarayeva

 





02.07.2026    çap et  çap et