525.Az

Ötən sutka 2 nəfər xilas edilib, 3 nəfərin meyiti təhvil verilib


 

Ötən sutka 2 nəfər xilas edilib, 3 nəfərin meyiti təhvil verilib<b style="color:red"></b>

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

FHN-dən 535.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 





02.07.2026    çap et  çap et