Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Dezabr İngiltərəyə 1:2 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının 1/16 final oyunundan sonra atasının vəfat etdiyini öyrənib.
525.az xəbər verir ki, bu barədə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ölkə futbol federasiyasının nümayəndəsi məlumat verib.
"Baş məşqçimiz atasını itirib. Ona və ailəsinə dərin hüznlə başsağlığı veririk", - deyə federasiya rəsmisi bildirib.
Qeyd edək ki, Konqo DR millisi İngiltərə ilə oyunun ilk hissəsini öndə başa vursa da, üstünlüyünü qoruya bilməyərək 1:2 hesabı ilə məğlub olub. Bu qarşılaşma komandanın tarixində dünya çempionatının pley-off mərhələsində keçirdiyi ilk oyun idi
çap et