525.Az

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi yeni layihəyə start verib


 

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi yeni layihəyə start verib <b style="color:red"></b>

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib.

525.az xəbər verir ki, bu barədə məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanan layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir.

Qeyd etmək lazımdır ki, Borçalı aşıq mühitində tarixən dastançılıq ənənəsi mühüm yer tutub. Bu bölgənin aşıqlarının özünəməxsus musiqi və dastan repertuarı mövcuddur. Borçalı aşıq mühitinin özəlliklərinə diqqəti yönəltmək üçün bu bölgənin aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havalarının təqdim olunacağı tədbir – konsert Bakının mötəbər mədəniyyət mərkəzlərindən birində geniş ictimaiyyətə təqdim olunacaq.

Layihə bu aşıq mühiti ilə bağlı daha əhatəli bilgi əldə edilməsində, eləcə də, bu mühitin digər aşıq mühitləri ilə qarşılıqlı əlaqəsinin öyrənilməsində mühüm rol oynayacaqdır.

 





02.07.2026    çap et  çap et