525.Az

Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığının genişləndirilməsini istəyir


 

Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığının genişləndirilməsini istəyir<b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla enerji əlaqələrinin genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.

525.az xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında deyib.

"Enerji əlaqələrinin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin çəkilməsi və qonşu Türkiyə və Azərbaycanla əlaqənin inkişafını vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə bilər", - Paşinyan əlavə edib.

Pərvanə Sultanova

 





02.07.2026    çap et  çap et