“Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərdə böhran yaratmaq kimi bir məqsədi yoxdur”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında deyib.
"Biz heç vaxt qarşımıza Rusiya ilə münasibətlərdə böhran yaratmaq məqsədi qoymamışıq, indi də belə bir məqsədimiz yoxdur və gələcəkdə də olmayacaq”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, ölkə hakimiyyəti Ermənistanın maraqlarını rəhbər tutur:
"Biz ölkəmizin maraqları çərçivəsində hərəkət edirik. Təbii ki, beynəlxalq tərəfdaşlarımızın heç birinin maraqlarını nəzərdən qaçırmırıq. Digər tərəfdən, heç bir tərəfdaşın maraqlarını Ermənistanın maraqlarından üstün tuta bilmərik".
Pərvanə Sultanova
çap et