525.Az

“Tək dahi” çap olundu


 

“Tək dahi” çap olundu<b style="color:red"></b>

Dilqəm Əhmədin “Xan” nəşriyyatından “Tək dahi” adlı yeni kitabı nəşr olunub.
 
Müəllifin 525.az-a verdiyi məlumata görə, kitabda müəllifin müxtəlif dövrlərdə yazdığı 18 məqaləsi yer alıb. “Səməd Ağaoğlunun Şuşaxatirələri”, “Monten həqiqətləri”, “Osmanlı ABŞ-a niyə çevrilmədi”, “Rəsulzadə Şah İsmayıl haqqında” və digər yazıların toplandığı kitabı “Kitabevim” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, kitabın davamı olaraq yaxın aylarda 24 məqalədən və Azərbaycan tarixinə, xüsusən Cümhuriyyət dönəminə aid şəxsi kolleksiyasından ibarət “Fərqlilər” adlı kitabı çap olunacaq.

 





10.03.2015    çap et  çap et