525.Az

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində


 

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində<b style="color:red"></b>

Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı çərçivəsində “Davamlı inkişaf naminə innovasiya və texnologiyalar” üzrə İşçi Qrupunun yeddinci sessiyası keçirilib. Tədbir BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və Avropa İqtisadi Komissiyası tərəfindən təşkil olunub.

525.az-a Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məqsəd dövlət xidmətlərində innovasiya və texnologiyalar sahəsində regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə üzrə siyasət dialoqunun təşviqi, 2025–2026-cı illər ərzində görülmüş işlərin qiymətləndirilməsi və 2026–2027-ci illər üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Dövlət Agentliyinin nümayəndəsi, BMT-nin Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin Qabaqcıl Texnologiyalar və Ağıllı Dövlət Xidmətləri İşçi Qrupunun sədri Semral Əliyev “ağıllı” dövlət xidmətləri, vətəndaşyönümlü idarəetmənin uğurlu nümunəsi olan “ASAN xidmət” modeli, dövlət xidmətlərində tətbiq olunan süni intellekt həlləri, eləcə də açıq innovasiya platforması olan “ASAN AI Hub” barədə üzv dövlətlərin nümayəndələrinə təqdimat edib.

 





02.07.2026    çap et  çap et