525.Az

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 48 faizə yaxın olub


 

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 48 faizə yaxın olub<b style="color:red"></b>

Cari ilin yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 6 milyard 671 milyon 162,02 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz və ya 1 milyard 167 milyon 33,61 min dollar azalma deməkdir.

525.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.

Hesabat dövrü ərzində Azərbaycan Avropa İttifaqı ölkələrindən 1 milyard 12 milyon 196,88 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 16,9 faiz və ya 205 milyon 607,83 min dollar azdır.

Bu göstəricilər Azərbaycanın ümumi ixracının 47,75 faizini, ümumi idxalının isə 14,85 faizini təşkil edib.

 





02.07.2026    çap et  çap et