Litva rəhbərliyi ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini dəstəkləyib.
525.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Qeyd olunub ki, nüvə silahlarını qadağan edən bənd konstitusiyadan çıxarılacaq.
Bu qərarı Litva prezidenti Gitanas Nausėda, hökumət başçısı vəzifəsini müvəqqəti icra edən İnqa Ruqinene, Baş nazir vəzifəsinə təyin olunmuş Mindauqas Sinkyaviçyus, müdafiə naziri Robertas Kaunas və Seym sədri Yuozas Olekas dəstəkləyib.
Nausėda bildirib ki, Litva NATO-nun çəkindirmə sistemində zəif halqa olmasına və bir növ boz zonada qalmasına yol verə bilməz. O, həmçinin 137-ci maddənin nəinki dəyişdirilməsi, həm də konstitusiyadan çıxarılmalı olduğunu vurğulayıb.
Pərvanə Sultanova
çap et