525.Az

Almaniyada xəstəxanada yanğın


 

Almaniyada xəstəxanada yanğın<b style="color:red"></b>

Almaniyanın Lüdviqslust şəhərindəki Helene-von-Bulov klinikasında yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis və xilasetmə qrupları göndərilib.

Yanğında iki nəfər həyatını itirib. Onlardan biri 85 yaşlı almandır. Digərinin isə şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Daha bir nəfər isə tüstüdən zəhərlənib.

Yanğından sonra xəstəxana və bitişik binalardan insanlar təxliyə edilib, 5 xəstə ehtiyat tədbiri olaraq başqa klinikaya köçürülüb.

İbrahim Cəfərov

 





03.07.2026    çap et  çap et