525.Az

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16 faizə yaxın artıb


 

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16 faizə yaxın artıb<b style="color:red"></b>

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2025-ci ili 26,846 milyon manat mənfəətlə başa vurub.

525.az Fonda istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15,5 % çoxdur.

Ötən il İKZF-nın faiz gəlirləri 115,028 milyon manat (illik müqayisədə 22,1 % çox), faiz xərcləri 73,066 milyon manat (27,4 % çox), ehtimal olunan kredit zərəri 1,379 milyon manat (17,7 % çox), haqq və komissiya gəlirləri 1,254 milyon manat (15,4 % çox), haqq və komissiya xərcləri 2,725 milyon manat (33 % çox), digər gəlirləri 1,758 milyon manat (9,9 % çox), insan resursları üzrə xərcləri 8,573 milyon manat (4,2 % çox), inzibati və digər xərcləri 5,452 milyon manat (12,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKZF-nın aktivləri 4 milyard 000,792 milyon manat olub ki, bu da illik müqayisədə 19,3 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 25,2 % artaraq 2 milyard 661,153 milyon manata, balans kapitalı isə 9,1 % artaraq 1 milyard 339,639 milyon manata, o cümlədən nizamnamə kapitalı 8 % artaraq 1 milyard 153,4 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

 





03.07.2026    çap et  çap et