525.Az

Nyu-Yorkda məşhur çimərlik bağlana bilər


 

Nyu-Yorkda məşhur çimərlik bağlana bilər<b style="color:red"></b>

Nyu-Yorkun məşhur Rokavey-Biç çimərliyi şəhər əhalisinin istifadəsi üçün bağlana bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sahilə yaxın ərazilərdə akulaların görünməsidir.

Dünən gün ərzində insanların sərinlədiyi ərazilərdə bir neçə dəfə akula müşahidə edilib. Çimərlik rəhbərliyi bununla bağlı istifadəçiləri məlumatlandırıb. Belə davam edəcəyi təqdirdə insanların təhlükəsizliyi naminə çimərlik qapadıla bilər.

Hazırda Nyu-Yorkda anomal istilər üzündən əhalinin çimərliklərə və su hövzələrinə axını xeyli çoxalıb. Bu xəbər isə onların heç ürəyincə olmayıb.

Yeri gəlmişkən, dünən Nyu-Yorkda 40,5 dərəcə isti qeydə alınıb. Havanın rütubətli olması isə vəziyyəti daha dözülməz edib.

L.Tağıyeva

 





03.07.2026    çap et  çap et