Maraqlı hadisə Çexiyanın Usti-nad-Labem şəhərində yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Almaniyadakı həbsxanalardan birindən qaçmış məhbus polis bölməsinə yaxınlaşaraq onu həbs etmələrini istəyib.
Polislər əvvəlcə onun zarafatlaşdığını düşünsələr də, yoxlamadan sonra faktın doğru olduğunun fərqinə varıblar. Qaçaq həbs olunub. Onun adı və sonrakı taleyi barədə məlumat verilmir. Amma bu addımı hansı səbəbdən atdığı bəllidir. Belə ki, Avropanı, o cümlədən Çexiyanı ağuşuna alan istilər üzündən məhbus yenidən sərin həbsxanaya qayıtmağı üstün tutub.
L.Tağıyeva
çap et