525.Az

Almaniyada II Dünya müharibəsindən qalma bomba tapıldı


 

Almaniyada II Dünya müharibəsindən qalma bomba tapıldı<b style="color:red"></b>

Ştutqart şəhərində qazıntı işləri aparan fəhlələr II Dünya müharibəsindən qalma bomba aşkarlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

50 kiloqramlıq bomba partlayıcılıq qabiliyyətini saxladığından polis həmən təhlükəsizlik tədbirləri görüb. Bombanın aşkarlandığı Ban-Kannştatt rayonunda 150 metr məsafədə bütün yaşayış evlərinin sakinləri təxliyə edilib, bu əraziyə düşən şəhər parkının bir hissəsi bağlanıb.

Qeyd edək ki, hadisə yerinə çağırılan mütəxəssislər bir müddət sonra bombanı yerindəcə zərərsizləşdiriblər.

L.Tağıyeva

 





03.07.2026    çap et  çap et