525.Az

Ronaldodan daha bir ilk


 

Ronaldodan daha bir ilk<b style="color:red"></b>

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo futbol tarixində unikal nəticəyə imza atıb.

525.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb. 41 yaşlı hücumçu dünya və Avropa çempionatlarında ümumilikdə ən azı 25 qol vuran ilk oyunçu olub. O, DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə matçda fərqlənməklə bacarıb.

Ronaldonun dünya və Avropa çempionatlarındakı qolları:

AÇ-2004 – 2 qol;

DÇ-2006 – 1 qol;

AÇ-2008 – 1 qol;

DÇ-2010 – 1 qol;

AÇ-2012 – 3 qol;

DÇ-2014 – 1 qol;

AÇ-2016 – 3 qol;

DÇ-2018 – 4 qol;

AÇ-2020 – 5 qol;

DÇ-2022 – 1 qol;

DÇ-2026 – 3 qol (hazırkı vəziyyətə görə).

 





03.07.2026    çap et  çap et