525.Az

“Qəzaların başvermə səbəblərindən biri də mobil telefondur" - Nəqliyyat eksperti


 

“Qəzaların başvermə səbəblərindən biri də mobil telefondur" - <b style="color:red">Nəqliyyat eksperti</b>

“Qəzaların başvermə səbəblərindən biri də mobil telefondur. Son vaxtlar taksi sürücülərinin törətdiyi qəzaların maraqlı səbəbi ortaya çıxır - mobil telefon. Müştərini online qaydada qəbul etmək üçün mobil telefona proqram yazdırıb daim izləyirlər. Çünki müştərinin sifarişinə kim tez cavab versə o da qabağa düşür. Bu zaman diqqət yönəlir qabaq alın şüşəsinə yapışdırılan telefona və qəza baş verir”.

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradı deyib. Ekspert bildirib ki, telefon təkcə taksi sürücülərini deyil, digər sürücüləri də qəzaya salır:

“Rayon yollarında, eləcə də Bakıda yoldan çıxıb aşan, həmçinin yol kənarında və yolda yerləşən qurğulara çırpılan avtomobil sürücüləri ilkin ifadələrində "başım teletona qarışmışdı" deyir. Amma müstəntiq qarşısında olanda tormoz tutmadi, qarşıma it çıxdı kimi bəhanələr səsləndirirlər. Telefon yüksək sürətli yolda, xüsusən gecə vaxtı çox ciddi təhlükə mənbəyidir”.

Sevinc Qarayeva 
 

 





03.07.2026    çap et  çap et