“Bakının mərkəzində yeni tikinti üçün yararlı torpaq sahələrinin azalması yaxın illərdə həm mənzil, həm də kirayə qiymətlərinin artım meylinin davam edəcəyini göstərir. Qiymət artımının qarşısını almaq üçün kirayə mənzil təklifinin artırılması vacibdir”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, Bakıya axını mənzil bazarında tələbi artıran əsas amillərdəndir:
“Bakıda əhali sıxlığı və işçi qüvvəsinə tələbi müəyyən qədər azalsa bu problem qismən aradan qalxar. Bu kirayə qiymətlərinin artım tempinə öz təsirini göstərir. Vətəndaşların iş, təhsil və daşınmaz əmlak əldə etmək məqsədilə əsasən Bakı və Abşeron yarımadasına üstünlük verməsi mənzil bazarında tələbin yüksək qalmasına səbəb olan əsas amildir. Kirayə mənzillərə tələbin artması isə ümumi bazarda qiymətlərin yüksəlməsinə səbəb olur”.
Sevinc Qarayeva
çap et