“Yay aylarında insanlar qidalara xüsusi diqqət etməlidirlər. Marketlərdə havaların istiləşməsi ilə bağlı kolbasa məhsullarına xüsusi diqqət yetirilməlidir. Çünki bəzi hallarda soyuducu sistemləri kifayət qədər effektiv olmur və lazımi temperatur təmin edilmədikdə kolbasalarda kiflənmə və xarab olma halları baş verə bilər. Market sahibləri bu cür məhsulların saxlanılmasına daha ciddi nəzarət etməlidirlər”.
Qida eksperti Ağa Salamov bunu 525.az-a bildirib. Ekspertin dediyinə görə, süd məhsulları və dondurmalar da xüsusi diqqət tələb edir. Bəzən dondurmalar soyuducudan çıxarıldıqdan sonra cihazın qapısı açıq qalır və temperatur yüksəlir. Bu zaman məhsul qismən əriyir və yenidən donur:
“Bu proses təkrarlandıqca məhsulun mikrobioloji keyfiyyəti pisləşir və istehlakçı üçün risk artır. Ona görə də dondurucuların temperatur rejimi düzgün tənzimlənməlidir. Diqqət yetirilməli məqamlardan biri də qablaşdırmanın vəziyyətidir. Dondurma və digər dondurulmuş məhsullar alınarkən qablaşdırması deformasiyaya uğramış məhsullardan çəkinmək lazımdır”.
Sevinc Qarayeva
çap et