525.Az

Bakıda açıq sahədə yanğın söndürülüb - YENİLƏNİB


 

Bakıda açıq sahədə yanğın söndürülüb - <b style="color:red"> YENİLƏNİB</b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

525.az-a FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.

Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.

***

Paytaxtın Nizami rayonu ərazisində quru otluq sahədə yanğın başlayıb.

525.az-ın xəbərinə görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 





03.07.2026    çap et  çap et