"Danimarka Çinlə hərtərəfli strateji tərəfdaşlıq quran ilk Şimali Avropa ölkəsi olub. Həmçinin "yaşıl keçid" sahəsində Çinlə əməkdaşlıq mexanizmi yaradan ilk ölkədir”.
525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Danimarkadan olan həmkarı Lars Lökke Rasmussen ilə görüşdə deyib.
Əlavə edib ki, Kraliça II Marqrete Çində islahat və açıqlıq siyasətinin başlanmasından sonra bu ölkəyə səfər edən ilk Qərb dövlət başçısı olub.
Ötən il diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünün qeyd edildiyini xatırladan Van İ, Çinin iki dövlət başçısının əldə etdiyi mühüm konsensusu həyata keçirməyə, yüksək səviyyəli mübadilələri qorumağa, dialoq və əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.
O, Danimarkanın Asiyadakı ən böyük ticarət tərəfdaşı kimi Çinin təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində mübadilələri genişləndirməyə, iki xalq arasında qarşılıqlı anlaşmanı və dostluğu möhkəmləndirməyə və Çin-Danimarka hərtərəfli strateji tərəfdaşlığına yeni ölçülər əlavə etməyə hazır olduğunu söyləyib.
O, Danimarka müəssisələrinin Çinə investisiya qoymağa davam edəcəyinə və Danimarkanın Çin müəssisələri üçün açıq, ədalətli və proqnozlaşdırıla bilən biznes mühiti təmin edəcəyinə ümidvar olduğunu bildirib.
Nazir deyib ki, Çin və Avropa İttifaqı rəqib deyil, tərəfdaşdırlar və əməkdaşlıq ikitərəfli münasibətlərin əsas xüsusiyyəti olaraq qalmalıdır. O, Danimarkanın Aİ-Çin əlaqələrinin möhkəm və davamlı inkişafının təşviqində konstruktiv rol oynayacağına ümid etdiyini vurğulayıb.
Pərvanə Sultanova
çap et