Mərkəzi Afrika Respublikasının (MAR) Am Dafok şəhərinə hücum Sudandakı yaraqlılarla əlaqəsi olan yeni yaradılmış üsyançı koalisiya tərəfindən həyata keçirilib.
525.az xəbər verir ki, bu barədə yeri media məlumat yayıb.
Nəşrin məlumatına görə, şəhərə hücumlar “Vətənpərvər Oyanış Alyansı” tərəfindən həyata keçirilib. Bu üsyançı koalisiya təxminən iki ay əvvəl yaradılıb. Alyansa MAR-dakı vətəndaş münaqişəsində iştirak etmiş qrupların keçmiş üzvləri daxildir. Rəhbərliyi isə 2020–2021-ci illərdə MAR-ın paytaxtı Banqidə hücum əməliyyatları aparan "Dəyişikliklər naminə Vətənpərvərlər Koalisiyası"nın keçmiş üzvləri edirlər. Xüsusilə, bu qrupun liderlərindən olan Nureddin Adam Sudan və Çaddakı üsyançılarla qurduğu əlaqələr sayəsində yaraqlıları cəlb edə bilib. Başqa bir mənbə əlavə edib ki, ümumilikdə koalisiya rəhbərliyi Sudan üsyançı hərəkatı olan “Çevik Müdaxilə Qüvvələri ilə "sıx əməkdaşlıq edir. O da vurğulanıb yeni üsyançı qruplaşma mühacirətdə olan MAR müxalifəti ilə əlaqələrini gücləndirməyə çalışır.
Qeyd edək ki, Sudan sərhədi yaxınlığında yerləşən Am Dafok şəhərinə hücum zamanı 28 nəfər öldürülüb, 25 nəfər yaralanıb. MAR rəhbərliyi şəhərin hökumətin nəzarəti altında olduğunu bəyan edib.
Pərvanə Sultanova
çap et