525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Martın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.
 
Tibbi meteoroloji proqnoza gəlincə, martın 11-12-də Abşeron yarımadasında atmosfer təzyiqinin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





10.03.2015    çap et  çap et