“ABŞ-ın danışıqlar prosesi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozması İranın hərbi cavabı ilə nəticələnəcək”.
525.az xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən Məcid bin əl-Rza bildirib.
"Əgər danışıqlar zamanı qarşı tərəfin öhdəliklərindən hər hansı birinin pozulmasını görsək, döyüş meydanında cavab verəcəyik”, - o deyib.
Əlavə edib ki, İran eyni vaxtda həm danışıqlar aparmağa, həm də müqavimət göstərməyə qadirdir.
Pərvanə Sultanova
çap et