525.Az

Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ


 

Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - <b style="color:red"> XƏBƏRDARLIQ</b>

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarındaiyulun 4-5-də, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 





03.07.2026    çap et  çap et