525.Az

Coratda dənizdə nəzarətsiz ərazidə batan bir nəfər xilas edilib, digərinin meyiti tapılıb


 

Coratda dənizdə nəzarətsiz ərazidə batan bir nəfər xilas edilib, digərinin meyiti tapılıb<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

525.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindinin məlumatında bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 





03.07.2026    çap et  çap et