525.Az

Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir


 

Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir<b style="color:red"></b>

Bakının Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar iyulun 5-7-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

525.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək.

 





03.07.2026    çap et  çap et