525.Az

Neftin qiyməti 72 dolları ötüb


 

Neftin qiyməti 72 dolları ötüb<b style="color:red"></b>

Dünya birjalarında neft qiymətləri sutkalıq ticarətdə artım nümayiş etdirib.

525.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,09 ABŞ dolları və ya 0,13% bahalaşaraq bir barel üçün 68,78 ABŞ dollarına yüksəlib.

Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,32 ABŞ dolları və ya 0,45% artaraq 72,12 ABŞ dolları təşkil edib.

 





04.07.2026    çap et  çap et