525.Az

"İmişli"də daha bir ayrılıq


 

"İmişli"də daha bir ayrılıq<b style="color:red"></b>

"İmişli" futbolçusu Rafael Vieqaş ilə yollarını ayırıb.

525.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayb.

32 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Bölgə təmsilçisi oyunçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "İmişli" bunadək Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Hüseynəli Quliyev və Jorj Kaşkilya (baş məşqçi) ilə vidalaşıb.

 





04.07.2026    çap et  çap et