"Liverpul"un kapitanı Vircil van Deyk yay transfer pəncərəsində komandadan ayrılmayacaq.
525.az xəbər verir ki, bu barədə jurnalist Ceyms Pirs məlumat yayıb.
Hazırda məzuniyyətdə olan 34 yaşlı müdafiəçi mövsümöncəsi hazırlıqda komandanın yeni baş məşqçisi Andoni İraolanın sərəncamına qayıdacaq. İspaniyalı mütəxəssis 2026/2027 mövsümündə niderlandlı futbolçuya güvənir.
Həmçinin qeyd olunur ki, "Liverpul"un Van Deyk üçün gələcək təklifləri dəyərləndirəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
2018-ci ilin yanvarından Mersisayd təmsilçisində çıxış edən Van Deyk ötən mövsüm bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
çap et