525.Az

Ağdamda ata və iki övladı su anbarında batıb


 

Ağdamda ata və iki övladı su anbarında batıb<b style="color:red"></b>

Ağdam rayonunda, Xaçınçay su anbarında üç nəfər batıb.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 





04.07.2026    çap et  çap et