525.Az

64 yaşlı kişi Zəngilanda çayda boğulub


 

64 yaşlı kişi Zəngilanda çayda boğulub<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

525.az-a nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 





05.07.2026    çap et  çap et