525.Az

"Rəqəmsal inkişaf Azərbaycanda dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib" -  Günay Əfəndiyeva


 

"Rəqəmsal inkişaf Azərbaycanda dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib" - <b style="color:red"> Günay Əfəndiyeva</b>

"Qlobal rəqabətdə güclü mövqedə olmaq üçün rəqəmsal inkişaf zəruridir. Bu, zamanın tələbidir. Azərbaycan bu reallığı vaxtında dəyərləndirərək əhəmiyyətli addımlar atır”

525.az xəbər verir ki, bu sözlıəri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

Deputat bildirib ki, Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib.

Bu ilin fevralında Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə ölkəmizin rəqəmsal gələcəyini müəyyənləşdirən mühüm qərarların və fəaliyyət planının qəbul olunduğunu xatırladan Günay Əfəndiyeva deyib Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlətimizin bu sahəyə məqsədyönlü və sistemli yanaşmasını əks etdirir.

Deputat bildirib ki, iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi qəbul olunan qərarların artıq praktik icra mərhələsinə keçdiyini nümayiş etdirir.

Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinin ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına və nüfuzunun gücləndirilməsinə dəyərli töhfələr verməsinə diqqət çəkən Günay Əfəndiyeva qeyd edib: “Şübhə yoxdur ki, Şuraya Birinci vitse-prezidentin rəhbərlik etməsi ilə ölkəmiz rəqəmsal transformasiyada effektiv nəticələr əldə edəcək”.

Birinci vitse-prezidentin iclasdakı çıxışından “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir” sözlərini xatırladan Günay Əfəndiyeva vurğulayıb: “Rəqəmsallaşma üzrə aparılan işlər ölkəmizdə milli təhlükəsizlikdən iqtisadiyyata, təhsildən dövlət xidmətlərinin keyfiyyətinə qədər hərtərəfli tərəqqinin təmin olunmasına xidmət edir”.

Deputat, həmçinin vurğulayıb ki, dövlətimizin rəqəmsallaşma prosesinə diqqəti və kompleks baxışı Azərbaycanın yaxın zamanda bu sahədə önəmli uğurlara imza atacağını bir daha göstərir.

 





05.07.2026    çap et  çap et