Fransa prezidenti Emmanuel Makronun Suriyaya gözlənilən səfəri üzündən yeni parlamentin bu günə nəzərdə tutulan iclası keçirilməyəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasın hansı tarixdə baş tutacağı bəlli deyil.
Maraqlıdır ki, Makronun gəlişinin də tarixi açıqlanmır. Səfər bu gün də baş tuta bilər, sonrakı günlər də.
Amma bəlli olan məqamlar var. Belə ki, Suriya Prezident Administrasiyasının Media İdarəsinin verdiyi məlumata görə, səfərin əsas məqsədi ikitərəfli əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və regional məsələlərin müzakirəsidir. Makronu fransız şirkətlərinin nümayəndələri və investorlar müşayiət edəcək.
Qeyd edək ki, bu, 2024-cü ildə Suriyada hakimiyyət dəyişdikdən sonra bir Qərb liderinin ölkəyə ilk rəsmi səfəri olacaq.
L.Tağıyeva
çap et