Lionel Messi və Kilian Mbappe mundialda faiz nisbətilə ən az qaçan futbolçulardır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "OptaJoe" dərgisinin hesablamasından sonra məlum olub.
Argentinalı ulduz meydanda qət etdiyi məsafənin təxmini yarısını - 47 faizini yeriyib. Fransalı Mbappedə isə bu göstərici 45 faizdir. Hesablama mundialda ən azı 150 dəqiqə meydanda olan futbolçular arasında aparılıb. Maraqlıdır ki, gəzə-gəzə oynamaqlarına baxmayaraq, hər iki futbolçunun aktivində 7 qol var və bombardirlər siyahısına başçılıq edirlər.
Qeyd edək ki, ən zəhmətkeş futbolçular İngiltərə millisinin bu iki üzvü - Harri Keyn və Deklan Rays hesab olunur. Onlar turnirboyu 43 kilometrdən çox məsafəni qət ediblər.
L.Tağıyeva
çap et